“Ermənistan Qərb üçün prioritet ölkə deyil” - Andrey Kortunov

“Ermənistan Qərb üçün prioritet ölkə deyil” - Andrey Kortunov

Hazırda oxunan: “Ermənistan Qərb üçün prioritet ölkə deyil” - Andrey Kortunov

215697

“Ermənistan Avropa İttifaqından tərəfdaşlar şəklində dəstək almağa meyllidir. Bundan əlavə, İrəvan ABŞ-ı prioritet tərəfdaş hesab edir. Təəccüblü deyil ki, Rusiya ilə Qərb arasında ziddiyyətlər, aktiv qarşıdurma olanda eyni vaxtda həm Moskvaya, həm də İrəvana uyğun sənəd hazırlamaq çətin olur.

Buna görə də, Nikol Paşinyan Avrasiyanın təhlükəsizliyinin əsasları haqqında sənəd imzalamağa razılaşsa, təəccüblənərdim. İndi bu mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov yerli mətbuata müsahibəsində deyib. 

O bildirib ki, Ermənistanın baş nazirinin MDB sammitinə Moskvaya gəlməsinin özü onu deməyə əsas verir ki, İrəvan ən azı hələlik Rusiya ilə körpülərini tamamilə yandırmağa hazır deyil:

“Yenə də Qərb tərəfdaşlarının İrəvan üçün artan əhəmiyyətinə baxmayaraq, Ermənistan keçmiş postsovet məkanı ilə sıx bağlıdır və bu əlaqələri götürüb başqa istiqamətə yönləndirmək o qədər də asan deyil. İnanıram ki, Paşinyan bunu çox gözəl anlayır. O, Rusiya və Aİİ ilə iqtisadi əməkdaşlığın yüksək səviyyədə olmasında maraqlıdır. O, Rusiya Federasiyasında böyük erməni diasporunun olmasından da xəbərdardır. Bu həm də Ermənistanı postsovet məkanına bağlayan amildir”.

Rusiyalı ekspert müəyyən proqnozlar da verib:
 

“Ermənistanın Qərbə doğru hərəkəti davam edəcək, lakin bu, uzunmüddətli prosesdir. Bu prosesin son nəticədə nəyə gətirib çıxara biləcəyi barədə danışmaq hələ tezdir. Çünki faktiki olaraq Qərb Ermənistan Respublikası qarşısında və xüsusən də onun təhlükəsizliyi sahəsində ciddi öhdəliklər götürməyə hazır deyil. İrəvan açıq şəkildə Avrasiya təhlükəsizliyi ideyasından imtina edə bilər, lakin bu o demək deyil ki, Ermənistan dərhal adekvat əvəzləyici tapacaq.


Ermənistanın Qərb üçün bütün əhəmiyyətinə baxmayaraq, o, strateji prioritet ölkə deyil. Ermənistanı ABŞ üçün nəinki Ukrayna, heç İsraillə də müqayisə etmək olmaz. Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzv olacağını gözləmək lazım deyil. Ona görə də Qərblə əməkdaşlıq prizmasından respublikanın təhlükəsizliyi problemi yaxın gələcəkdə həll edilə bilməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO