“Bizi COVİD-19 vaxtı və 44 günlük savaş ərzində susmağa məcbur etdilər” – JURNALİSTLƏRİN ÜSYANI

“Bizi COVİD-19 vaxtı və 44 günlük savaş ərzində susmağa məcbur etdilər” – JURNALİSTLƏRİN ÜSYANI

Hazırda oxunan: “Bizi COVİD-19 vaxtı və 44 günlük savaş ərzində susmağa məcbur etdilər” – JURNALİSTLƏRİN ÜSYANI

21514

Ermənistanda jurnalistlər imza yığımına başlayırlar. 

Bizim.Media xəbər verir ki, saat 18:00-da İrəvanda terrorçu Qaregin Njdenin heykəlinin yanında başlayacaq imza toplanışı barədə jurnalistlər artıq Ermənistan hökumətinə müraciət də ünvanlayıblar.

Nikol Paşinyan, Vaqarşak Arutyunyan, Armen Abazyan, Ara Ayvazyan və Vaqe Kazaryana göndərilən müraciətdə deyilir ki, ölkədə hərtərəfli informasiya çatışmazlığı var.

Əgər KİV-i yalan məlumat yaymaqda günahlandırırsınızsa, bunun qarşısını almaq üçün hökumətdən tədbirlər görməyi tələb edirik:“Sərhədboyu zonalarda foto və video çəkilişlərə icazə verilsin.

"Hökumətin media ilə bağlı qəbul etdiyi son qərarlar ləğv olunsun. Çünki COVİD-19 ilə bağlı susmağa məcbur edilirdik. Bu qadağalar 44 günlük savaş ərzində də tətbiq olundu”.  

Qeyd edək ki, mətbuatda azad söz tələb edənlər “Təhlükəsiz Ermənistan naminə jurnalistlər” təşəbbüsünün üzvləridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO