İrəvan və Bakı arasında sülh müqaviləsi istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması ilə bağlı rəsmi Bakının tələblərini belə şərh edib.
“Sülh müqaviləsi Ermənistan və Azərbaycan tərəfindən imzalananda, Konstitusiya Məhkəməsindən onun Konstitusiyaya uyğunluğu barədə rəy alanda və Ermənistan parlamentində ratifikasiya edildikdə, o, istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq”, - deyə XİN-in nümayəndəsi izah edib.
Badalyanın fikrincə, sülh müqaviləsinin imzalanması qanunvericilik aktları ilə bağlı bütün narahatlıqları aradan qaldıracaq.
Bizim.Media