Ermənistanda sabiq nazir

Ermənistanda sabiq nazir "Zvartnots" hava limanında həbs olundu

Hazırda oxunan: Ermənistanda sabiq nazir "Zvartnots" hava limanında həbs olundu

21486

Ermənistanın kriminal polisi baş idarəsinin əməkdaşları keçmiş nəqliyyat və rabitə naziri, Yerevanın sabiq meri Qagik Beqlaryanı birbaşa İrəvan hava limanında saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat polisin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda qalmaqal: silah baronu sərbəst buraxıldı


Keçmiş məmur bir gün əvvəl Moskvadan İrəvana uçub. Əməliyyatçılar onu paytaxt hava limanında gözləyirmiş.

Beqlaryan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından bəri axtarışa verilib. Xüsusilə, böyük miqyasda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə günahlandırılır.

O, Ədliyyə Nazirliyinin "İrəvan" cəzaçəkmə müəssisəsinə aparılıb. Bundan əvvəl məhkəmə onu qiyabi həbs etdiyindən, keçmiş məmur dərhal nəzarətə alınıb.

Keçmiş nazir və eks mer 2018-ci ildə hakimiyyət dəyişikliyindən bir müddət sonra Ermənistanı tərk edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO