Ermənistanda gərginlik ARTIR – Keşiş Baqratı bu dəfə kim meydana ÇIXARDI?

Ermənistanda gərginlik ARTIR – Keşiş Baqratı bu dəfə kim meydana ÇIXARDI?

Hazırda oxunan: Ermənistanda gərginlik ARTIR – Keşiş Baqratı bu dəfə kim meydana ÇIXARDI?

214410

Ermənistanda yenə etirazlara start verilib. Arxiyepiskop Baqrat Qalstanyan ictimai televiziyanın efirində çıxış edərək, əhalini bazar günü Respublika meydanında keçiriləcək mitinqə çağırıb. Televiziya efirində o, mövcud iqtidarı hakimiyyətdən salmağa səsləyib.

Görünən odur ki, Ermənistanda müxalifət yenidən etiraz aksiyalarına başlayır. Qeyd edək ki, bu qüvvələrin aprel-may aylarında keçirdiyi aksiyalar heç bir nəticə vermədi. Əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir. Bununla belə, Qalstanyan və onun havadarları payız mitinqlərinə böyük önəm verir və yaxud belə bir görüntü yaradırlar.

Aydın məsələdir ki, Ermənistanda etiraz aksiyalarının baş tutmasında müəyyən qüvvələr maraqlıdır.

Maraqlıdır, görəsən etiraz aksiyası adı ilə bu dəfə aranı qarışdıranlar kimlərdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, hər zaman olduğu kimi bu dəfə də aranı qarışdıranlar Ermənistanın keçmiş hakimiyyətidir:

“Onlar yenidən hakimiyyətə qayıtmağa can atırlar. Burada söhbət “Qarabağ klanı”ndan gedir. Onlara dəstək verən digər qüvvələr isə Fransa, ABŞ və digər ölkələrdə yaşayan erməni diasporudur. Bu qüvvələr Ermənistanın hazırkı hakimiyyətinin Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamasından qorxur. Sülhün əldə edilməsi onların maraqlarına ziddir. Ona görə də hər vəchlə sülhün əldə edilməsinə qarşı çıxırlar. Onalara faciə lazımdır ki, onun üzərindən öz bizneslərini genişləndirsinlər. Sülh olsa bunları edə bilməyəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO