Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Ermənistana maliyyə yardımının artırılmasını Qərbin sabitliyi pozan hərəkətlərinin sübutu kimi göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova həftəlik keçirdiyi brifinq zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Azərbaycanla münasibətlər kontekstində anklavlar məsələsi əsas olaraq qalır”
“Artıq oxşar təcrübələrin aparıldığı qonşu dövlətlərin və dünyanın digər ölkələrinin bu faktlarını, tendensiyalarını və təcrübələrini görməmək mümkün deyil. Milliyönümlü siyasət yürüdən, tarixi bilən, milli maraqları rəhbər tutanlar bundan qaça bilər.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ermənistana maliyyə yardımını iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq qərarına gəlib”, - Zaxarova qeyd edib.
Bizim.Media