Ermənistanda seçkilər: Paşinyan verdiyi sözdən geri çəkilir...

Ermənistanda seçkilər: Paşinyan verdiyi sözdən geri çəkilir...

Hazırda oxunan: Ermənistanda seçkilər: Paşinyan verdiyi sözdən geri çəkilir...

21416

“Ermənistanda azərbaycanyönümlü fəaliyyətə keçmiş qüvvələr mövcuddur”

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

Paşinyanın sözlərinə görə, istənilən hərbi-siyasi qarşıdurma informasiya savaşı ilə müşayiət olunur:

“Hazırda Ermənistanda Azərbaycanın informasiya mübarizəsi üçün çalışan agentlər var. Bu insanları adbaad açıqlamaq olar. Elə onlar 2020-ci ildə Azərbaycanı Ermənistana hücum etməyə çağırırdılar. Bu agentlər son anlara qədər Ermənistan ərazisinə girmək üçün ən münasib nöqtələr barədə Bakıya məlumat verirdilər”. 

Nikol çıxışında Ermənistandakı bəzi məlum siyasi dairələri Zəngəzur dəhlizi barədə gündəm müəyyənləşdirməkdə də günahlandırıb. Onun sözlərinə görə, Ermənistan koridor məsələsini heç vaxt müzakirə etməyəcək. Bəs, guya İrəvan bu barədə özünün əks mövqeyini 11 yanvar üçtərəfli bəyanatında qeyd edib.

Kommunikasiya xətlərinin açılmasını istədiklərini qeyd edən Nikol bunun dəhlizə aid olmadığını səsləndirib. 

İstər 10 noyabr, istərsə də 11 yanvar bəyanatları ilə tanış olan hər bir ölkənin rəsmiləri, siyasətçilər və politoloqlar da bəyantdakı şərtlərdən birinin Zəngəzur dəhlizinin açılması olduğunu bilir. Odur ki, Paşinyan bu tip ultrafaşist bəyanatlarla Koçaryanın və Sarksiyanın ona qarşı qurduğu koalisiyanı kölgədə saxlamaq istəyir. Yəni, Ermənistandakı namizədlər seçicilərin səsini toplamaq üçün, erməniləri yeni uydrumalara inandırmaq naminə ağzızlarına gələni danışırlar. Seçkiqabağı erməni didişmələri əsasən Koçaryan və Paşinyan arasında gedir. Onlar o qədər populyarlaşıblar ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra Manukyanın başına yığışanlar, indi Vazgeni itirib-axtarmır. Levon isə öz işindədir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO