Ermənistanda seçkilər: Ter-Petrosyan kresloya geri qayıdır?

Ermənistanda seçkilər: Ter-Petrosyan kresloya geri qayıdır?

Hazırda oxunan: Ermənistanda seçkilər: Ter-Petrosyan kresloya geri qayıdır?

21388

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət qeyri-sabit olaraq qalmaqdadır. Əsas iki namizəd - Nikol Paşinyan və Robert Köçəryandan əlavə, son baş verən hadisələrdən sonra Levon Ter-Petrosyanın da yenidən hakimiyyətə gəlmə ehtimalı xeyli artıb.
Bəs, xalqın Petrosyana dəstəyini təmin edəcək əsas səbəblər hansılardır?

Ter-Petrosyanın əsas rəqibləri - Paşinyan və Köçəryan qarşısında mövqelərini gücləndirən arqumentlər heç də az deyil.

Müharibədən bezən xalqın revanşist Köçəryanı dəstəkləyəcəyi ehtimalının onsuzda az olması ilə yanaşı, Ter-Petorsyanın Robertin yalnız Paşinyandan intiqam almaq üçün hərəkət etdiyini və bu səbəbdən son baş nazirə qarşı birlikdə mübarizə aparmaq təklifini rədd etməsini açıqlaması “Qarabağ klanı”nın nümayəndəsinin nüfuzuna daha bir zərbə vurub.

Köçəryanı Petrosyan qarşısında geri duruma düşürən əsas amil isə, Qarabağ münaqişəsininin müharibəyə çevrilməsi ilə nəticələnməsinin bəlkə də, ən böyük səbəbkarının Köçəryan olmasıdır. Çünki hələ hakimiyyətə olduğu illərdə Qarabağ münaqişəsinin “mərhələli həll” variantını həyata keçirməyə çalışan eks-prezidentin qarşısı Köçəryan tərəfindən alınmışdı. Bu da Ermənistanın bu qədər ağır itkilər verəcəyi müharibəyə daxil olmasına ehtiyac belə qalmayacaqdı.

Niyə Paşinyan yox, Petrosyan?

Paşinyana qarşı rəqibləri tərəfindən ən çox istifadə olunan arqument məhz müharibədəki məğlubiyyətin əsas səbəbkarı olması idi. Həm müharibə dönəmində, həm də sonrakı dövrdə Paşinyanı “günah keçisi” olaraq göstərənlərdən biri də onun hakimiyyətə gəlməsini dəstəkləyən Levon idi.

Həmçinin, sərhəddə baş verən son hadisələr fonunda Paşinyanın nüfuzu getdikcə daha da azalıb. Azərbaycanın sərhədlərinə bərpa etməsini “işğal” hesab edən xalq heç də Nikolun “Qara göl siyasəti”ndən razı görünmür. 

Petrosyanı Paşinyan qarşısında “avanatjlı” duruma gətirən bir sıra önəmli xarici amillər də mövcuddur.

İlk olaraq, Paşinyan artıq onu hakimiyyətə gətirənlərin istədiyi kimi siyasət yürütmür. Nikolu liderliyə gətirən Qərb onun Rusiyaya dezinteqrasiyasını gözləsə də, tam əksi baş verdi; Paşinyan Putinlə hesablaşmağa başladı. Xüsusən də, sülhməramlılar, Zəngəzur dəhlizi və Qara göl məsələlərində son baş nazir məhz rəsmi Moskvanın maraqlarına uyğun hərəkət etdi. Bu səbəbdən Qərbin Ermənistandakı digər önəmli oyunçusunu-Petrosyanı oyuna daxil edəcəyi güman olunur.

Həmçinin Paşinyanın hakimiyyətə gəlməsinin dəstəkçisi və Ermənistanın əsas gücü olan diaspora ilə də işləri yolunda getmir. Nikol hakimiyyətə gəldikdən sonra Ermənistanda səsinin daha da yüksələcəyini düşünən erməni diasporası fərqli ssenari ilə qarşılaşdı.

Xüsusilə də, son dövrlərdə daha da gərginləşən Paşinyan-diaspora münasibətləri diasporanın Petrosyana tərəf mövqe alması ilə nəticələnə bilər.

Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistanda ümumi vəziyyətə nəzər saldıqda görə bilərik ki, getdikcə xalq Ter-Petrosyanın haqlı olduğuna daha çox inanmaqdadır. “Süddən çıxmış ağ qaşıq” olmayan Levonun Ermənistan siyasətinində köklü dəyişikliklər yaradacağı inandırıcı olmasa da, xalqın seçkilərdə “suya düşən ilana sarılar” məsəlində olduğu kimi Ter-Petrosyana sarılması heç də təəccüblü olmaz.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO