Hikmət Hacıyev: “Ermənistan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına icazə verməlidir” - VİDEO

Hikmət Hacıyev: “Ermənistan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına icazə verməlidir” - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına icazə verməlidir” - VİDEO

213639

“Mənim əcdadlarım ermənilərin Sevan adlandırdıqları Göyçədəndir. Azərbaycanlıların əksəriyyəti hazırda ermənilərin yaşadığı, lakin tarixi baxımdan Azərbaycanın mədəni irsi ilə zəngin olan ərazilərdən gəlib. Bunlara tarixən Azərbaycan torpağı sayılan, lakin sonradan Rusiya imperiyası tərəfindən işğal olunmuş İrəvan xanlığına məxsus ərazilər daxildir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

X.Hacıyevin fikrincə, bu ərazilərdən gələn azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına icazə verilməlidir, amma bunlar ərazi iddiaları və ya Ermənistanın suverenliyinin pozulması deyil.

Eyni zamanda, Azərbaycan prezidentinin köməkçisi Qərb dövlətlərinin Cənubi Qafqazdakı siyasətini tənqid edib: “Müstəmləkə keçmişinə malik bəzi Qərb dövlətlərinin Ermənistandan öz siyasətlərini və intriqalarını Qafqazda təbliğ etmək üçün istifadə etməsi Afrikada etdikləri kimi əks təsir göstərir:

“Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropaya qarşı da yönələcək geosiyasi səhvlərə yol verir. Ermənistanın hərbiləşdirilməsi və bununla da onun revanşist istəklərini dəstəkləməsi sülhə kömək etmir.

Biz həmçinin Avropa Sülh Fondu vasitəsilə Avropa İttifaqının regionda hərbi mövcudluğu görürük. Ermənistandakı sərhəd monitorinq missiyası onların hərbi layihəsidir. Əgər Aİ regionumuzda hərbi faktora çevrilərsə, o zaman ədalətli suallar yaranır: Ermənistanın hərbiləşdirilməsində məqsəd nədir?”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO