Lavrov: “İlham Əliyev və Paşinyan BRİKS sammiti çərçivəsində görüşmək istəsələr, biz hazırıq”

Lavrov: “İlham Əliyev və Paşinyan BRİKS sammiti çərçivəsində görüşmək istəsələr, biz hazırıq”

Hazırda oxunan: Lavrov: “İlham Əliyev və Paşinyan BRİKS sammiti çərçivəsində görüşmək istəsələr, biz hazırıq”

213616

“Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Əgər onlardan təklif gələrsə, bir hər zaman bu danışıqları aparmağa hazırıq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Asambleyasının 79-cu sessiyasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, BRİKS sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilib-keçirilməməsi barədə qərar özlərinin olacaq: "Necə deyərlər, bu, onların öz ixtiyarındadır. Əgər görüşmək istəsələr, biz hər zaman iştirakımızla razılaşdığımız şeyi həyata keçirməyə hazırıq".

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO