Pezeşkian: İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib

Pezeşkian: İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib

Hazırda oxunan: Pezeşkian: İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib

212909

İran prezidenti Məsud Pezeşkian Tehranın Moskvaya ballistik raketlər verməsini inkar edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Onun sözlərinə görə, İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib:

"Ukraynadakı müharibə ilə bağlı avropalılar və amerikalılarla danışıqlar masasına oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü dəstəkləməmişik”, - deyə o bildirib.

Sentyabrın 16-da keçirdiyi mətbuat konfransında Pezeşkian Rusiyaya iddia edilən raket tədarükü ilə bağlı sualı cavablandırarkən deyib: 

“Ola bilsin ki, əvvəllər belə tədarüklər olub. Amma sizi əmin edə bilərəm ki, mən vəzifəyə gəldiyim vaxtdan Rusiyaya belə tədarüklər olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO