İran kosmosa raket BURAXDI - ANBAAN VİDEO

İran kosmosa raket BURAXDI - ANBAAN VİDEO

Hazırda oxunan: İran kosmosa raket BURAXDI - ANBAAN VİDEO

211442

Sentyabrın 14-də İranın “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, peykin əsas vəzifəsi orbital manevr texnologiyasını yoxlamaq üçün aparat və proqram təminatı sistemlərinin sınaqdan keçirilməsidir.

Qeyd edilib ki, “Qaem-100” SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanıb və 80 kq-a qədər çəkisi olan peykləri Yer səthindən 750 km hündürlüyə çıxarmağa qadir olan bərk yanacaq mühərrikinə malik üç mərhələli raketdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO