Moskvada SİLAHLI İNSİDENT - Sərxoş erməni insanları ATƏŞƏ TUTDU -ANBAAN VİDEO

Moskvada SİLAHLI İNSİDENT - Sərxoş erməni insanları ATƏŞƏ TUTDU -ANBAAN VİDEO

Hazırda oxunan: Moskvada SİLAHLI İNSİDENT - Sərxoş erməni insanları ATƏŞƏ TUTDU -ANBAAN VİDEO

211114

Moskvada məşhur rusiyalı bloger Eva Piloyanın 34 yaşlı qardaşı Artur "Ayda" adlı karaoke barının qarşısında atəş açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya nəşrləri yazıb.

Hadisə sentyabrın 11-nə keçən gecə baş verib. Belə ki, Artur Venevskaya küçəsindəki karaoke barda dincəlirmiş. Çoxlu spirtli içki qəbul etdikdən sonra o, digər qonaqlarla mübahisə edib. Mühafizəçilər oğlandan müəssisəni tərk etməsini istəyib, lakin o, bundan imtina edib. Nəticədə isə zorla binadan bayıra çıxarılıb.

Lakin Artur buna dözə bilməyib qisas almaq qərarına gəlib. “Land Rover” markalı avtomobilindən karabin götürərək bara atəş açıb. Müşahidə kameralarına görə, müəssisənin mühafizəçisi güllələrdən möcüzəvi şəkildə xilas olub.

Polis atəş açan şəxsi saxlayıb. Məlum olub ki, o, bloger Artur Maşuryandır. Sosial şəbəkələrdə onun 60 minə yaxın abunəçisi var. Onun bacısı Eva Piloyanın isə İnstagramda 1,7 milyon izləyicisi var.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO