Paşinyanın konstitusiya MANİPULYASİYASI – Nikol sülhdən qaçmaq üçün indi də bu yola ƏL ATIR...

Paşinyanın konstitusiya MANİPULYASİYASI – Nikol sülhdən qaçmaq üçün indi də bu yola ƏL ATIR...

Hazırda oxunan: Paşinyanın konstitusiya MANİPULYASİYASI – Nikol sülhdən qaçmaq üçün indi də bu yola ƏL ATIR...

210988

Ermənistanda bir sıra dağıdıcı qüvvələrin revanşist, təxribatçı hərəkətləri səngimir. Aydın görünür ki, bəzi qüvvələr yenidən separatizmə, işğalçılıq siyasətinə hazırlaşır. Ləğv edilmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan yenidən təxribat xarakterli fikirlərilə gündəmə gəlib. Separatçı lider sonuncu açıqlamasında “Qarabağa qayıdacaqlarının” anonsunu verib. Şahramanyan bir qədər də irəli gedərək deyib ki, Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmdədir:

"Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq".
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Azərbaycanla diplomatik münasibətlər qurmaq istəyir


“Artsax məsələsi üzrə beynəlxalq komissiya” adlı təxribatçı qurum yaradan Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da Avropada görüşlər keçirir. O bu görüşlər çərçivəsində Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların təmsilçiləri, Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla çoxsaylı görüşlər keçirib.

Paşinyan hökuməti isə bütün bunlara göz yumur.

Digər tərəfdən, Paşinyan hökuməti Bakının Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə yönəlik ərazi iddiaları məsələsinin çıxarılması təklifinə cavab olaraq heç bir qanuni əsas söykənmədən Azərbaycan Konstitusiyasını, xüsusən də burada yer alan Azərbaycan Respublikasının 1918-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması məsələsini gündəmə gətirir.

Bu oyunlar onu göstərir ki, İrəvan reallıqda sülhün əldə olunmasını istəmir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu da bildirir ki, Ermənistanın atdığı bu sayaq addım və hərəkətləri onun regionda sülhün bərqərar olmasında maraqlı olmadığına işarədir:

“Azərbaycan tərəfi qayıdış məsələsinin paralel olaraq həllində maraqlı olduğunu bildirib. Yəni ermənilərin qayıdışı Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı ilə paralel şəkildə aparılmalı, bu proseslərin təhlukəsizliyinə təminat verilməlidir. Lakin bir ciddi fərq var, azərbaycanlıların qaçqın statusu var, erməni tərəfi isə, heç bir deportasiyaya məruz qalmayıb. Onlara dövlətin reinteqrasiya proseslərinə qatılmaq təklifləri olub, bu təklifləri qəbul etməyib köçüblər.

Azərbaycanın Ermənistanın əsas qanununda dövlətimizə qarşı məlum ərazi iddialarının aradan qaldırılması ilə baglı tələblərinə gəlincə təmamilə haqlı tələblərdir. Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzaladığı halda belə, əgər əsas qanunda ərazi iddiaları qalacaqsa, növbəti erməni iqtidarı qanunun bəlli müddəalarına istinad edərək sülh müqaviləsinin şərtlərinə əməl etməkdən birtərəfli qaydada imtina edə bilər. Bu isə müqavilənin perspektivdə əhəmiyyətini heçə endirir”.

Paşinyan referendumun keçirilməsini niyə uzadır?

Ekspert qeyd edir ki, erməni tərəfinin referendumda müzakirəyə çıxarılacaq məlum müddəalara öz daxili işi kimi baxması barədə mövqeyi də onun daxili işi ola bilməz:

“Bu digər bir dövlətə qarşı ekspansiya, onun daxili işlərinə, torpağı və sərhədlərinin toxunulmazlığına təhdiddir.Paşinyan referendumu 2027 ci ilə qədər uzatmaqla həm müxalifət və kilsə tərəfindən ona ünvanlanacaq təslimçilik ittihamlarından sığortalanmaq, həm də Qərbin sifarişi ilə danışıqları uzatmaq istəyir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO