Mirzoyan delimitasiya razılaşmasının detallarını AÇIQLADI

Mirzoyan delimitasiya razılaşmasının detallarını AÇIQLADI

Hazırda oxunan: Mirzoyan delimitasiya razılaşmasının detallarını AÇIQLADI

210676

“Azərbaycanla sərhədlərin delimitasiyası və komissiyaların birgə fəaliyyəti haqqında bu yaxınlarda imzalanan sənəddə Ermənistan hakimiyyətinin öz cəmiyyəti üçün heç bir xoşagəlməz sürprizi yoxdur”.

Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, delimitasiya prosesində tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar:

"Əgər gələcəkdə Ermənistanla Azərbaycan arasında sazişdə başqa tənzimləmələr nəzərdə tutulursa, o zaman bu, müqavilədə nəzərdə tutulan prinsiplərə uyğunlaşdırılacaq".

“Sizi əmin edirəm ki, bizim cəmiyyətimiz üçün heç bir xoşagəlməz sürpriz yoxdur və Alma-Ata Bəyannaməsini dəyişdirə biləcək digər prinsiplər müzakirə edilmir”, o əlavə edib.

Xatırladaq ki, komissiyaların işi haqqında əsasnamə layihəsi avqustun 30-da imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO