Metsamoru ildırım VURDU – AES-dən enerji verilişi dayandırıldı

Metsamoru ildırım VURDU – AES-dən enerji verilişi dayandırıldı

Hazırda oxunan: Metsamoru ildırım VURDU – AES-dən enerji verilişi dayandırıldı

209211

Ermənistan Atom Elektrik Stansiyası (AES) ildırım vurması səbəbindən ölkənin enerji sistemindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Artıq elektrik enerjisinin verilişi bərpa olunub və stansiya əməkdaşları onu yenidən işə salmaq üzərində işləyirlər.

Nazirliyin məlumatına görə, qəza cümə günü yerli vaxtla təxminən 21:55-də baş verib.

Qurumdan qeyd edilib ki, ildırım vurması nəticəsində stansiyanın təhlükəsizlik sistemləri onu təhlükəsiz söndürmə rejiminə keçirib.

Qeyd edək ki, AES Ermənistanın əsas elektrik enerjisi mənbələrindən biridir. İki blok 1976 və 1980-ci illərdə istismara verilib. 1989-cu ildə baş vermiş Spitak zəlzələsindən sonra AES bağlanıb. İkinci enerji bloku 1995-ci ilin noyabrında yenidən istismara verilib. 2021-ci ildə modernləşdirmədən sonra AES-in istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO