Saakaşvili Gürcüstana dönəcəyini elan etdi: “Həbs olunmaqdan qorxmuram”

Saakaşvili Gürcüstana dönəcəyini elan etdi: “Həbs olunmaqdan qorxmuram”

Hazırda oxunan: Saakaşvili Gürcüstana dönəcəyini elan etdi: “Həbs olunmaqdan qorxmuram”

20905

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili yenidən Gürcüstana dönəcəyini açıqlayıb.

Bizim.Media “Dojd” telekanalına istinadən xəbər verir ki, eks prezident bunu müsahibəsi zamanı deyib.

O, sözügedən kanala verdiyi müsahibəsində oktyabrda ölkəsində keçiriləcək parlament seçkilərindən də söz açıb.

“Onlar (indiki hakimiyyət) referendumda məğlub olanda, bu isə əsl referendumdur- o zaman oliqarx İvanişvilinin hakimiyyəti sona çatacaq. Meliyanın sərbəst buraxılması, hadisələri sürətləndirəcək. Çox ümid edirəm ki, hər şey lazım olduğu kimi gedəcək - Gürcüstanda demokratiya bərpa ediləcək ”, - deyə Saakaşvili bildirib.

Üçüncü prezident müsahibəsi zamanı Gürcüstana qayıdacağını da istisna etməyib. 

“Gürcüstanda baş verəcək bütün proseslərdə iştirak edəcəyəm. Həbs olunmağımdan və ya hər hansı bir repressiyalarından qorxmuram.  Məni Navalny kimi həbs etmək istəyirlərsə, buyursunlar, mən bundan qorxmuram. Çünki biz vaxtikən böyük uğurlar əldə etmiş bir ölkəni itiririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO