Gürcüstan üçün QORXUNC XƏBƏRDARLIQ – Qonşu ölkəni “oktyabr inqilabı” GÖZLƏYİR?

Gürcüstan üçün QORXUNC XƏBƏRDARLIQ – Qonşu ölkəni “oktyabr inqilabı” GÖZLƏYİR?

Hazırda oxunan: Gürcüstan üçün QORXUNC XƏBƏRDARLIQ – Qonşu ölkəni “oktyabr inqilabı” GÖZLƏYİR?

208608

Oktyabrda keçiriləcək parlament seçkilərinə xeyli müddət qalmasına rəğmən Gürcüstanda gərgin atmosfer hökm sürməkdədir. 

Bir müddət əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidzenin verdiyi açıqlama da bu vəziyyətin əyani sübutudur:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir”. 
 

MÖVZU İLƏ BAĞLI:

 Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?


“Rəngli inqilab” xəbərdarlığı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin dünən yaydığı məlumat da Gürcüstanı gözləyən təhlükənin anonsu hesab oluna bilər. Bildirilib ki, ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.

“Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - deyə məlumatda qeyd olunub. 

Görəsən, oktyabrda Gürcüstanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında gürcü ekspert Gia Xuxaşvili bu barədə indidən nəsə deməyin çətin olduğu qənaətindədir: 

“Ümid edək ki, mövcud gərginlik seçki dövründə aradan qalxacaq. Amma indilikdə cəmiyyət iki cəbhəyə bölünüb. Bu mənada siyasi risk böyükdür. Təəssüf ki, prosesin gərgin keçəcəyinə dair bəzi simptomlar var”. 

Həmsöhbətimizə görə, bu dəfəki seçkinin nəticələri kimə səs vermək barədə hələ də tərəddüd edən seçicilərdən asılıdır: 

“Seçicilərin əksəriyyəti kimə səs verəcəklərini hələ də müəyyənləşdirməyib. Onlar tərəddüd içindədir. Belə baxanda, hər iki cəbhənin mövqeləri zəifdir. Yəni həm iqtidarın, həm də müxalifətin mövqeləri zəifdir. Bu mənada hər şey onların seçimindən asılı olacaq. Amma onların da kimi dəstəkləyəcəyini demək çətindir. Bütün hallarda, seçkinin rəqabətlilik mühitində keçəcəyi gözlənilir”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO