“Gürcü arzusu”nun qurucusu vətəndaşlara MÜRACİƏT ETDİ: “Qarşıdakı 4 il sakit keçəcək”

“Gürcü arzusu”nun qurucusu vətəndaşlara MÜRACİƏT ETDİ: “Qarşıdakı 4 il sakit keçəcək”

Hazırda oxunan: “Gürcü arzusu”nun qurucusu vətəndaşlara MÜRACİƏT ETDİ: “Qarşıdakı 4 il sakit keçəcək”

207771

Hakim “Gürcü arzusu”nun qurucusu və onun fəxri sədri, milyarder Bidzina İvanişvili oktyabrın 26-da əhalini hər şeyi təxirə salmağa və seçkilərdə səs verməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Oktyabrın 26-da “Gürcü arzusu” nə qədər çox səs toplarsa, ölkəmizdə bir o qədər əmin-amanlıq möhkəmlənəcək, noyabr və dekabr ayları bir o qədər sakit olacaq. 

Qarşıdakı 4 il bir o qədər sakit keçəcək, ümumi tərəqqi yolunda bir o qədər az maneə yaranacaq. Bu seçkilərdə siyasət deyil, Gürcüstanın iqtisadi inkişafı, ölkəni xilas etmək məsələsi həll olunur”, -  deyə Bidzina qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO