“Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhlə bağlı təşəbbüsləri hər iki ölkə arasında xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Rusiya hər zaman tərəfləri bir-birinə qarşı münasibətlərdə təmkinli olmağa çağırır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarovadan Ermənistana sərt reaksiya: "Strateji səhvlərinə görə Rusiyanı günahlandırır" - VİDEO
"Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gəlincə, biz mütəmadi olaraq İrəvan və Bakını təmkinli olmağa çağırırıq. Bütün mübahisəli məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”, - Zaxarova qeyd edib.
Bizim.Media