Ermənistanla Belarus arasında GƏRGİNLİK ARTIR: Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Ermənistanla Belarus arasında GƏRGİNLİK ARTIR: Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Hazırda oxunan: Ermənistanla Belarus arasında GƏRGİNLİK ARTIR: Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

207725

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi ki, Ermənistan kimsəyə lazım deyil. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO