Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə HÜCUM ETDİLƏR – VİDEO

Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə HÜCUM ETDİLƏR – VİDEO

Hazırda oxunan: Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə HÜCUM ETDİLƏR – VİDEO

207679

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyaya səbəb Belarus lideri Aleksandr Lukaşenkonun ermənilərə ünvanladığı bəyanatlar olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko: "Ermənilər bizdən başqa kimə lazımdır?" - VİDEO


Aksiyada iştirak edən siyasi fəal Armen Babacanyan Belarus səfirini yerləşdiyi binadan ilk olaraq Lukaşenkonun dostu kimi tanınan Qaqik Tsarukyanın çıxaracağına ümid etdiyini bildirib.

Babacanyan “Respublika Naminə”, “Respublika”, Avropa Partiyası, “Avropa Hüququ”, Azad Vətəndaş” QHT-ləri və “Asparez” klubunun məsələ ilə bağlı birgə bəyanatını təqdim edib.

Bəyanatda Belarusla diplomatik münasibətləri kəsmək, Belarus səfirini arzuolunmaz şəxs elan etmək və ona ölkəni tərk etmək üçün 3 gün vaxt vermək tələbi var.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 1-ci kanalına müsahibəsində "Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil" fikirlərini səsləndirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO