Rusiyada miqrantlara qarşı YENİ QADAĞA – Soydaşlarımızı nə GÖZLƏYİR?

Rusiyada miqrantlara qarşı YENİ QADAĞA – Soydaşlarımızı nə GÖZLƏYİR?

Hazırda oxunan: Rusiyada miqrantlara qarşı YENİ QADAĞA – Soydaşlarımızı nə GÖZLƏYİR?

207529

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə birləşməsini qadağan edən qanun layihəsi daxil olub.

Liberal demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDP deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.

Maraqlıdır ki, Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanun istisna ediləcək.

Bu layihə qəbul edilərsə, Rusiyadakı soydaşlarımızı nə gözləyir?

Məslə ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu qanun layihəsinin qəbuluna inanmır:

“Heç “dünyanın düz vaxtında”  belə bir qanunun qəbul edilməmişdi. O da qalmışdı ki, indiki həssas dönəmdə Rusiya hökuməti belə bir qərar versin. Bildiyimiz kimi, Rusiya elə bir ölkədir ki, onun əmək miqrantına hər zaman ehtiyacı var. İndiki müharibə vəziyyətində isə Rusiyanın miqrantlara çox böyük ehtiyacı var. Çünki işçi çatışmır.

Dünya praktikasında belə hallar olub. Məsələn, II Dünya Müharibəsindən sonra Almaniyanın yenidənqurulmasına çoxsaylı miqrantlar cəlb edildi. Hazırda da Rusiyada eyni problem yaşanır. Son 2 il yarımda müharibədə həlak olan minlərlə rusiyalının yerini doldurmaq, əmək bazarını zəruri işçi qüvvəsi ilə təmin etmək məsələsi qarşıda dayanır. Belə bir vəziyyətdə miqrantlara qarşı qaydaları daha da sərtləşdirmək Rusiyanın dövlət maraqlarına ziddir. 

Nəzərə alaq ki, ailənin işçi qüvvəsinin yanında olmaması bu sahədə dayanıqlıq indeksinə təsir göstərir. Çünki ailəsi yanında olmayan işçi hər zaman iş yerini tərk edə bilər.

Bu da işçi çatışmazlığını daha da dərinləşdirər. Bundan əlavə, bu qanunun qəbulu Rusiyanın xoş qonşuluq siyasətinə mənfi təsir göstərə bilər. Nəzərə alaq ki, Jirinovskinin partiyası hər zaman ultramillətçi çağırışları ilə seçilib. Ona görə də LDP-nin bu qanunvericilik təşəbbüsü düşünürəm ki, cavabsız qalacaq”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO