Rusiyada satılan Ermənistan konyaklarında təhlükə AŞKARLANDI

Rusiyada satılan Ermənistan konyaklarında təhlükə AŞKARLANDI

Hazırda oxunan: Rusiyada satılan Ermənistan konyaklarında təhlükə AŞKARLANDI

207477

Rusiya bazarlarında satılan Ermənistan istehsalı konyakların təqribən 90 faizi sağlamlıq üçün təhlükəlidir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir. 

Bildirilib ki, sözügedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub.

Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb. 

Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO