ABŞ Dövlət Departamenti: "Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq"

ABŞ Dövlət Departamenti: "Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq"

Hazırda oxunan: ABŞ Dövlət Departamenti: "Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq"

207084

"ABŞ hökuməti Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir".

Bizim.Media-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamenti ATƏT-in keçmiş Minsk qrupunun gələcəyi və Vaşinqtonun məsələyə münasibəti ilə bağlı sualı cavablandırarkən bəyan edib.

"Biz hər iki tərəflə onların razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırıq", - deyə Dövlət Departamentindən əlavə edilib.

Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həllini tapdığından ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO