Türkiyənin “Milliyet” qəzeti ABŞ-ın Ermənistanda hərbi mövcudluğu mövzusunda məqalə dərc edib.
Bizim.Media xəbər verir ki, “ABŞ atəşlə oynayır! Amerikalılar Azərbaycanın radarındadır, Ermənistanda əlavə qoşunlar” sərlövhəli məqalədə “Eagle Partner” təlimlərinin başa çatmasına baxmayaraq, Amerika hərbçilərinin Ermənistanda qalması ilə bağlı Azərbaycan mətbuatında yayılan xəbərlərə diqqət çəkilir.
Türkiyə qəzeti yazır: “Birləşmiş Ştatlar hərbi qulluqçularının hamısını Ermənistandan çıxarmayıb, onları gizli şəkildə Zəngəzur rayonuna yerləşdirib. Amerika tərəfinin hərəkətləri ilə bağlı iddialar qəzəb fırtınasına səbəb olub. Azərbaycan mediası Vaşinqtonu regionda qüvvələr balansını dəyişməyə çalışmaqda ittiham edib”.
Nəşr diqqəti 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış və Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalından azad edilməsi ilə nəticələnən yeni reallıqlara yönəldib. Məqalədə xatırladılıb ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusu cəmi 24 saat ərzində işğalçıları məğlubiyyətlə barışmağa məcbur edib.
“Milliyet” qəzeti daha sonra İrəvan ilə Moskva arasında münasibətlərdəki gərginliyin Rusiya hərbçilərinin Ermənistandakı dislokasiya yerində etirazlara səbəb olmasından yazıb.
Məqalənin müəllifi Hüseyn Narin qeyd edib ki, Nikol Paşinyan hökumətinin müttəfiqləri olan ABŞ və Fransa Azərbaycanın Qələbəsindən narahat olduqlarını gizlətmirlər. Məqalədə daha sonra diqqətə çatdırılır: “2023-cü ilin payızında bir qrup amerikalı hərbçi “Eagle Partner” təlimlərində iştirak etmək bəhanəsi ilə ilk dəfə Ermənistana gəlib. Bu, gözlənildiyi kimi, Moskvanın mənfi reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi İrəvana açıq şəkildə NATO ilə yaxınlaşmanın yolverilməzliyi barədə xəbərdarlıq edib”.
Türkiyə nəşri qeyd edir ki, ABŞ hərbçiləri 2024-cü ilin iyulunda yenidən birgə təlimlər bəhanəsi ilə Ermənistanda peyda olublar. Eyni zamanda, Pentaqonun saytında Amerika hərbçilərinin “Eagle Partner” çərçivəsində erməni əsgərlərinə təlim keçməsi və iki ölkənin bayraqları fonunda poza verməsi barədə onlarla fotoşəkil yerləşdirilib. Bazar ertəsi Azərbaycan mətbuatı ABŞ-ın bu ilin iyulunda təlimləri başa vurmasına baxmayaraq, Ermənistandan hərbçiləri çıxarmadığını, onları strateji əhəmiyyətli Zəngəzur rayonunda yerləşdirdiyini yazıb”.
“Milliyet” Azərbaycan mətbuatında dərc olunmuş xəbərlərə istinadla qeyd edib ki, “Eagle Partner” təlimləri başa çatdıqdan sonra Amerika hərbi-nəqliyyat təyyarəsi “Zvartnots” hava limanına eniş edib. Müəllif yazır: “Amerika ordusunun Cənubi Qafqazda görünməsi təsadüfi deyil. ABŞ-ın İrəvandakı səfirliyi birgə təlimlərin başa çatdığını rəsmən elan etsə də, ABŞ hərbi-nəqliyyat təyyarələrinin İrəvana çatdırdığı yüklər çoxsaylı suallar doğurur”.
Məqalədə, həmçinin göstərilir ki, Amerika hərbçilərinin İran sərhədləri yaxınlığında peyda olması Tehranı ciddi seçim qarşısında qoyub.
Bizim.Media
- A-
- A
- A+
Region
11:37 / 14.08.2024
Türkiyə mediası: "ABŞ atəşlə oynayır! Amerika hərbçiləri Ermənistandadır"
Hazırda oxunan: Türkiyə mediası: "ABŞ atəşlə oynayır! Amerika hərbçiləri Ermənistandadır"
Hazırda oxunan: Türkiyə mediası: "ABŞ atəşlə oynayır! Amerika hərbçiləri Ermənistandadır"
206577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.