Edamların rekord sayda olması İslam Respublikasının xalqdan aldığı intiqamdır.
Bizim.Media xəbər verir ki, bunu İranın 18 zindanında saxlanılan bir qrup məhbus həftəlik aclıq aksiyası kampaniyasının davamında deyib.
Məlumata görə, bu gün İranda “Çərşənbə axşamları edama Yox!” kampaniyası 29-cu həftəsinə keçib.
Bildirilib ki, Tehrandakı bədnam Evin zindanının qadınlar bölməsində, Qızılhisar, Kərəc, Xürrəmabad, Şiraz, Xoy, Təbriz, Urmiya, Ərdəbil, Mərivan şəhərlərinin mərkəzi həbsxanalarında, o cümlədən Lakan və Məşhədin Vəkilabad zindanlarında məhbuslar edamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Etirazçı məhbuslar bildiriblər ki, ötən çərşənbə axşamından İranda 45-dən çox məhbus edam edilib, onlardan 29-u bir gündə kütləvi şəkildə asılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:00 / 13.08.2024
İranda məhbuslar edamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar
Hazırda oxunan: İranda məhbuslar edamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar
Hazırda oxunan: İranda məhbuslar edamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar
206490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.