Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Ermənistan” koalisiyasının yaradılması haqqında açıqlama verməsinin ardından keçmiş prezidentlər- Serj Sarkisyan və Levon Ter-Petrosyanı öz koalisiyasına dəvət edib.
Bizim.Media Ermənistanın “Sputnik.Am” saytına istinadən xəbər verir ki, Köçəryan jurnalistlərin suallarını cavablandırarkən bu haqda danışıb.
MÖVZU İLƏ BAĞLI:
Köçəryan seçkilərdə iddiasını ortaya qoydu - “Ermənistan” koalisiyası yaradıldı
Ermənistanın ikinci prezidentinin fikrincə, mövcud hakimiyyətə qarşı mübarizə aparmayan hər kəs döyüş meydanından qaçmış sayılır.
"Həm birinci, həm də üçüncü prezidentlərin bu hökumətə qarşı birlikdə mübarizə aparmasını təklif edirəm. Mübarizəyə qoşulmaq niyyətindədirlərsə, bu, hamımız üçün uğurlu olacaq. Əgər bu mübarizəyə qoşulsalar…"-deyə Köçəryan açıqlamasında bildirib.
Bizim.Media