Hindistan Ermənistanı silahlandırır - Bu dəfə zenit-raket kompleksləri verir

Hindistan Ermənistanı silahlandırır - Bu dəfə zenit-raket kompleksləri verir

Hazırda oxunan: Hindistan Ermənistanı silahlandırır - Bu dəfə zenit-raket kompleksləri verir

205764

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri (ZRK) bu ilin sonuna qədər Ermənistana çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" nəşri məlumat yayıb.

Qeyd olunur ki, İrəvan 720 milyon dollar dəyərində bu hava hücumundan müdafiə sistemlərindən 15 ədəd sifariş verib. Ermənistan Hindistanın bu ZRK-larının ilk xarici alıcısı olacaq.
 

"Akash-1S" sistemləri döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava təhdidlərinə qarşı etibarlı müdafiəni təmin edərək, eyni vaxtda aktiv hədəf axtarışı və hədəfləmənin kombinasiyasından istifadə edir.


Qeyd edək ki, "Akash-1S" 1983-cü ildə hazırlanıb və 30 ildən sonra istifadə üçün hazır hesab olunub. O, 4-25 kilometr radiusda hava hədəflərini vura bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO