Zaxarova: “Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatlar əsassızdır”

Zaxarova: “Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatlar əsassızdır”

Hazırda oxunan: Zaxarova: “Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatlar əsassızdır”

205636

“ABŞ-ın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır”.

Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin bütün sınaqlarına tab gətirəcək.

Zaxarova onu da əlavə edib ki, Birləşmiş Ştatlar dünya ictimaiyyətinin gözü qarşısında Vaşinqtona lazım olan “reallığı” uydurmağa çalışır:

“Bunun əslində baş verənlərlə heç bir əlaqəsi yoxdur. Tarix boyu biz dəfələrlə qardaş erməni xalqı ilə çiyin-çiyinə vermişik və gələcəkdə də bunu etmək niyyətindəyik”.

Bundan əvvəl Zaxarova bildirib ki, ABŞ Cənubi Qafqazın resurs bazasına nəzarət etməyə və tranzit potensialından istifadə etməyə çalışır:

“Avropa İttifaqı isə Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün vəsait yönəltməklə öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymağı planlaşdırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO