“Azərbaycanın əsas hədəfi Zəngəzurdur” - Erməni ekspertdən SƏRSƏM İDDİA

“Azərbaycanın əsas hədəfi Zəngəzurdur” - Erməni ekspertdən SƏRSƏM İDDİA

Hazırda oxunan: “Azərbaycanın əsas hədəfi Zəngəzurdur” - Erməni ekspertdən SƏRSƏM İDDİA

205399

“Azərbaycan Ermənistana qarşı yeni müharibəyə fəal şəkildə hazırlaşır və bu məqsədi reallaşdırmağa başlamaq şansını əldən verməyəcək”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Ermənistana qarşı hərbi ssenarinin həyata keçirilməsinin mümkünlüyünü şərtləndirən bir neçə amil var.

Ekspert hesab edir ki, buna Rusiyanın Ukrayna cəbhəsi ilə məşğul olması şərait yaradır:

“Ukrayna cəbhəsində vəziyyətin dönüş nöqtəsi olmasına baxmayaraq, Rusiya Cənubi Qafqazda özünə cəbhə açmağa hazır deyil. Hərbi əməliyyat təhlükəsinin artmasına səbəb olan digər amil İran və İsrail arasında müharibədən əvvəlki vəziyyətdir. Amma əsas amil təbii ki, Ermənistan hakimiyyətinə birtərəfli güzəşt siyasətidir.

Sonsuz birtərəfli güzəştlər hücuma gətirib çıxarır. Məsələn, Laçın təslim olduqdan sonra Azərbaycan Cermuka hücum etdi. Kirantsın təslim olmasından sonra sülh gündəmində də irəliləyiş yoxdur. Üstəlik, hücumun növbəti raundu olacaq”.

Bununla yanaşı, Camalyan yeni hücumu konkret hansı istiqamətdə gözləmək sualına cavab verməkdə çətinlik çəkib.

“İnanıram ki, əsas hədəf Zəngəzur (Sünik) olacaq” - deyə David Camalyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO