Azərbaycanlı jurnalist Gürcüstanda saxlanıldı

Azərbaycanlı jurnalist Gürcüstanda saxlanıldı

Hazırda oxunan: Azərbaycanlı jurnalist Gürcüstanda saxlanıldı

205014

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Vətəninə ekstradisiya məqsədi ilə Tbilisidə saxlanılıb.

Bizim.Media "Pirveli TV"yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib.

Bildirilir ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO