Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın ortalarında Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.
Bu görüşlər barədə əvvəllər məlumat verilməyib.
Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək sülh sazişini yekunlaşdırmağa çağırıb.
Lakin çoxdan gözlənilən razılaşma baş tutmur və bu, Brüsseldə məyusluq yaradır.
Qeyd edək ki, iyulun 18-də İngiltərənin Oksfordşir bölgəsindəki Blenhaym sarayında Avropa Siyasi Birliyinin 4-cü sammiti keçirilib. Sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak ediblər. Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də, Paşinyan dialoqda iştirakdan boyun qaçırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:17 / 31.07.2024
Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB?
Hazırda oxunan: Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB?
Hazırda oxunan: Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB?
204417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.