Qarabağ ermənilərinin 27 mini Ermənistanı TƏRK EDİB

Qarabağ ermənilərinin 27 mini Ermənistanı TƏRK EDİB

Hazırda oxunan: Qarabağ ermənilərinin 27 mini Ermənistanı TƏRK EDİB

204001

Son dörd ildə Ermənistanı  tərk edən Qarabağ ermənilərinin sayı demək olar ki, 27 min nəfərdir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) media sorğusuna cavabında deyilir.

“2020-ci il sentyabrın 27-dən 2024-cü il iyulun 1-dək Qarabağda qeydiyyatda olan 49 975 nəfər Ermənistanı tərk edib, onlardan 23 404-ü geri qayıdıb, 26 571-i isə qayıtmayıb”, - MTX-nin məlumatında bildirilir.

Xidmət aydınlaşdırıb ki, Qarabağ erməniləri ən çox beş ölkəyə - Rusiya, Gürcüstan, Misir, İran və Birləşmiş Ərəb Əmirliklərinə səfər ediblər.

Milli Təhlükəsizlik Xidmətinin iyunun 25-nə olan məlumatına görə, 27 sentyabr 2020-ci il tarixindən 2024-cü il aprelin 30-dək Ermənistanı 21 mindən çox Qarabağda yaşayan erməni tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO