Baş nazirdən xalqa ÇAĞIRIŞ – Rusiyaya qarşı ikinci cəbhə açılır?

Baş nazirdən xalqa ÇAĞIRIŞ – Rusiyaya qarşı ikinci cəbhə açılır?

Hazırda oxunan: Baş nazirdən xalqa ÇAĞIRIŞ – Rusiyaya qarşı ikinci cəbhə açılır?

203563

Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, ölkə bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

Bəs görəsən, müxalifətin qalib gəlmək şansları necədir? Rusiyaya qarşı ikinci cəbhə açıla bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. O bildirib ki, hazırda dünyada baş verən siyasi prosesləri siyasi məntiqdən daha çox olum-ölüm məntiqi ilə izah etmək lazım gəlir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ermənistanın “qulağını burdu”: Qərbin reaksiyası necə olacaq?


“Bu, yeni dünya nizamının yaranması kontekstində  baş verir. Çünki hazırda formalaşacaq yeni nizam və oradakı qüvvələr balansı gələcək yüzilliklərdə xalqların taleyini təyin edəcək. 

Ona görə də Gürcüstanda kimin hakimiyyətdə olması sadəcə onların daxili məsələsi deyil, panidealist xalqların Gürcüstan uğrunda mübarizəsi kimi qiymətləndirilməlidir. Burada panidealist qismində iki imperiyanın Qərb və Rus imperializminin Gürcüstan uğrunda savaşı baş verir. Elə Kobaxidze də bunu deyir”.

“Baş nazirin fikirləri çağırışdır”

H.Babaoğlu vurğulayıb ki, Kobaxidzenin sözlərində həm qismən həqiqət, həm də müxalifətə hədə var:

“Ancaq ən əsası, Kobaxidzenin fikirlərində avropameyilli gürcülərə bir çağırış var. Kobaxidze onlara çağırış edir ki, bizdən asılı olmayan səbəblərdən yenidə müharibəyə cəlb edilə bilərik və bunun nəticələri xalqımız üçün heç də yaxşı olmaz. Ona görə də Kobaxidzenin bu çağırışı ictimai mövqedə nə qədər adekvat rezonans yarada bilərsə, müxalifətin qalib gəlməsi şansı bir o qədər azalmış olar. Bu isə gürcü cəmiyyətinin siyasi savadlılığından asılı olacaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO