Gürcüstanın xüsusi xidmət orqanları İvanişviliyə qarşı ukraynalıların iştirakı ilə sui-qəsd hazırlandığını bəyan edib.
Bu barədə "gordonua.com" nəşri məlumat yayıb. Onların bildirdiyinə görə, sabiq gürcü məmurları və Ukrayna hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları İvanişvilini öldürmək istəyib.
Məlumatda deyilir ki, Gürcüstan Təhlükəsizlik Xidməti "Gürcü arzusu" hakim partiyasının fəxri sədri, Rusiyayönümlü oliqarx Bidzina İvanişvilinin qətlinə hazırlıq faktlarının tədqiqatını aparır.
Çevrilişin təşkili və maliyyələşdirilməsində Gürcüstanın xüsusi xidmət orqanları Ukraynanın sabiq yüksək vəzifəli məmurları və hüquq-müdafiə orqanlarının sabiq əməkdaşlarını ittiham edir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə məsələ ilə bağlı deyib ki, “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın baş naziri Robert Fikonu və ABŞ-ın keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb.
Görəsən, Qərb Gürcüstanı qarışdırmaq planından niyə əl çəkmir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Qərbin Gürcüstan planından əl çəkməməsi gənc dövlətin istəyilə xaricdəki müəyyən dairələrin planının üst-üstə düşməməsilə bağlıdır:
“Həyat mübarizədən ibarətdir. O cümlədən müstəqilliyini yenicə qazanan ölkələrin dünya birliyində öz yerini tutmaq üçün apardığı fəaliyyət də bir mübarizədir. Şübhəsiz ki, gənc dövlətin istəyilə xaricdəki müəyyən dairələrin istəyi üst-üstə düşməyə bilər. Kimsə onu təsir altına almaq istəyir, kimsə də onu özünün prinsipləri istiqamətində yanında görmək istəyir. Ancaq əsas məsələ dövlətin özünün məqsədlərini elan etməsi və ona doğru getməsidir.
Gürcüstanın qədim tarixi, zəngin mədəniyyəti var. Ona görə də Gürcüstan öz dövlət müstəqilliyini möhkəmləndirmək, dünya birliyində layiqli yer tutmaq üçün hər zaman özündə güc tapacaq. Azərbaycan Gürcüstanla yaxşı münasibətlərə malikdir, mehriban qonşuluq əlaqələrimiz var. Bundan sonra da Gürcüstanla münasibətlər ölkəmiz üçün prioritet münasibətlərdən biri olacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
10:00 / 26.07.2024
Qərbin intiqam planının NÖVBƏTİ PƏRDƏSİ – Gürcü siyasətçilər SUİ-QƏSD HƏDƏFİNDƏ
Hazırda oxunan: Qərbin intiqam planının NÖVBƏTİ PƏRDƏSİ – Gürcü siyasətçilər SUİ-QƏSD HƏDƏFİNDƏ
Hazırda oxunan: Qərbin intiqam planının NÖVBƏTİ PƏRDƏSİ – Gürcü siyasətçilər SUİ-QƏSD HƏDƏFİNDƏ
203551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.