Tehranla İrəvan arasında GİZLİ SAZİŞ – Ermənistan yeni təxribatlara HAZIRLAŞIR

Tehranla İrəvan arasında GİZLİ SAZİŞ – Ermənistan yeni təxribatlara HAZIRLAŞIR

Hazırda oxunan: Tehranla İrəvan arasında GİZLİ SAZİŞ – Ermənistan yeni təxribatlara HAZIRLAŞIR

203528

İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb.

Bu barədə “İran International” öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran İrəvanı kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə təchiz edir. Sözügedən razılaşma isə bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.

“İran İnternational” İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi PUA-lar və “3-cü Xordad”, “Məcid”, “15-ci Xordad” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.

Göründüyü kimi, İran yenə də Ermənistanı silahlandırmaqda davam edir. Hətta bu istiqamətdə demək olar ki, Fransa, Hindistan kimi Ermənistana silah satan ölkələri belə qabaqlayır. 

Ermənistanın silahlandırılması nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa İranla Ermənistanın eyni maraqlara xidmət etdiyini bildirib:

“Bötüvlükdə İran əslində üçüncü erməni dövlətidir. Birinci Ermənistanın özüdür, ikinci Fransa, üçüncü isə İran rejimidir. Ona görə də İranın başında kimin dayanmasına baxmayaraq illüziyalara qapılmaq olmaz. Tehran Azərbaycan daim qonşuluq münasibətlərini önə çəkir, çalışır ki, hər hansı bir problem olmasın. Amma altdan-altdan öz düşmənçilik siyasətini həyata keçirir”. 

Deputat qeyd edib ki, Azərbaycan addımlarını ciddi korrektə etməklə, müttəfiqlərilə məsələni ciddi müzakirə edib, Ermənistan tərəfindən gələcəkdə hazırlana biləcək təcavüzə daha ciddi şəkildə hazırlıqlı olmalıdır:

“Azərbaycan bu istiqamətdə ən sərt addımları atmağa qadirdir”.    

Deputatın fikrincə, İranın düşmənçilik siyasəti əslində özünə daha çox zərər gətirəcək:

“Bu hər kəsə bəllidir. Azərbaycanın dost və düşmən ölkələrlə bağlı düşüncələri artıq sabitdir. Sadəcə, qonşuluq prinsiplərinin pozulmaması üçün sona qədər cəhd edirik. Lakin bu cəhdlər qarşılıq görməsə, Azərbaycan da öz tədbirlərini görəcək”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO