Türkiyədə Azərbaycan-Ermənistan normallaşması MÜZAKİRƏ OLUNACAQ 

Türkiyədə Azərbaycan-Ermənistan normallaşması MÜZAKİRƏ OLUNACAQ 

Hazırda oxunan: Türkiyədə Azərbaycan-Ermənistan normallaşması MÜZAKİRƏ OLUNACAQ 

203495

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq. 

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq. 

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq. 

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO