Dünya üçün kritik İKİ HƏFTƏ – İran nüvə silahı əldə edərsə...

Dünya üçün kritik İKİ HƏFTƏ – İran nüvə silahı əldə edərsə...

Hazırda oxunan: Dünya üçün kritik İKİ HƏFTƏ – İran nüvə silahı əldə edərsə...

203252

ABŞ dövlət katibi Entoni Blinken Aspendə keçirilən təhlükəsizlik forumunda bəyan edib ki, İran 2 həftəyə nüvə silahı əldə edəcək və ABŞ bunun qarşısını almaq üçün addımlar atacaq: 

“İranın nüvə silahı yaratmaq üçün lazım olan materialı hazırlaması vaxtına haradasa iki həftə qalıb”.

“İran, nüvə sazişi ləğv edildiyinə görə, nüvə silahı üçün parçalanan material istehsalında irəliləyişə  ən azı bir il sonra nail olcağını gözlədiyimiz əvəzinə, indi buna nail olmaq üçün haradasa  bir və ya iki həftə qalıb”, - Blinken qeyd edib.

Dövlət katibi deyib ki, ABŞ-ın siyasəti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və administrasiya bunun qarşısını diplomatiya yolu ilə almağa üstünlük verəcək.

Blinkenin iddiaları nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, İranın iki həftəyə nüvə silahı əldə etməsi ehtimalı absurddur:  

“İran uranın zənginləşdirilməsi istiqamətində uzun müddətdir ki, müəyyən addımlar atmağa çalışır. Faktiki olaraq İranda mühafizəkarlar və ABŞ-da demokratların hakimiyyəti dövründə Tehran bu istiqamətdə xeyli addımlar atıb. Trampın dövründə isə İranla danışıqlar dayanıb. O, baxımdan İranın iki həftəyə, yəni qısa zaman kəsiyində nüvə silahı əldə edəcəyini düşünmək absurddur. Bu o qədər də asan məsələ deyil ki, cəmi iki həftəyə nüvə silahı əldə edəsən”. 

Lakin həmsöhbətimiz bununla belə düşünür ki, İran uranın zənginləşdirilməsi istiqamətində qısa zamanda xeyli irəliləyişlər əldə edə bilər: 

“Bu istiqamətdə İran ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir”. 

Ekspert qeyd edir ki, İranın nüvə silahı olsa belə, ondan ABŞ əleyhinə istifadə etməkdən çəkinəcək:

“Çünki bunun nəticəsi İranın özü üçün olduqca acınacaqlı, dağıdıcı və təhlükəli olacaq. Hər halda iki ölkənin münasibətlərində mövcud olan müəyyən anlaşılmazlıqlar aradan qalxsa, tərəflər arasında xeyli irəliləyiş əldə olunacaq. Lakin ABŞ-ın bu məsələdə daha kəskin mövqe ortaya qoyması fonunda İranın nüvə silahı əldə etmə ehtimalı daha da güclənəcək və tərəflər arasında konfrantasiya daha kəskin şəkildə dərinləşəcək”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO