Rusiya XİN-dən XƏBƏRDARLIQ: İrəvan Qərblə əməkdaşlıq etməklə öz təhlükəsizliyini riskə atır

Rusiya XİN-dən XƏBƏRDARLIQ: İrəvan Qərblə əməkdaşlıq etməklə öz təhlükəsizliyini riskə atır

Hazırda oxunan: Rusiya XİN-dən XƏBƏRDARLIQ: İrəvan Qərblə əməkdaşlıq etməklə öz təhlükəsizliyini riskə atır

202587

“Ermənistan Qərblə əməkdaşlıq etməklə öz təhlükəsizliyini riskə atır. Bunun bariz nümunəsi hazırda ölkədə keçirilən Amerika və Ermənistanın birgə “Eagle Partners”-2024 (“Qartal tərəfdaşı 2024”) təlimidir. Bu, nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur,”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinq zamanı bildirib.

Ermənistanda NATO ilə qarşılıqlı əlaqələrin artırılmasına üstünlük verirlər, bu isə təbii ki, qəribə bir hekayədir.

İrəvan Vaşinqtonda keçirilən alyansın sammitində iştirak edib və birgə hərbi manevrlər edir. Bunun bariz nümunəsi hazırda ölkədə keçirilən Amerika və Ermənistanın birgə “Eagle Partners”-2024 (“Qartal tərəfdaşı 2024”) təlimidir. Bu, nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki dövlətlər və Avropa İttifaqı (Aİ) bir çox ölkələrlə dəfələrlə belə maxinasiyalar həyata keçirib. Bunun necə bitdiyini siz yaxşı bilirsiniz: onlardan istifadə olunur, sonra lazımsız yerə atılır”, - Zaxarova bildirib.
O qeyd edib ki, İrəvan Rusiyanın strateji məğlubiyyətini öz məqsədi elan edən ölkələrlə əməkdaşlığı dərinləşdirməklə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq, o cümlədən öz təhlükəsizliyinə zərər vurmaq riski daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO