“Qərb Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır” – İLGİNC AÇIQLAMA

“Qərb Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır” – İLGİNC AÇIQLAMA

Hazırda oxunan: “Qərb Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır” – İLGİNC AÇIQLAMA

202292

Xəbər verdiyimiz kimi İrəvanda Ermənistanla ABŞ-ın birgə keçirdiyi “Eagle Partner 2024” hərbi təlimləri başlayıb. İyulun 24-nə qədər davam edəcək təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək. 

Görəsən birgə hərbi təlimlərdə hədəf nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Qərb açıq şəkildə Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır:

“Bu təlimlərdə əsas məqsəd Ermənistan ordusunun döyüş qabiliyyətini yüksək səviyyəyə qaldırmaqdır. Ermənilər və amerikalılar bu proses ətrafında yaratdığı miflərlə çalışırlar ki, əsas qayəni malalasınlar. Bununla guya sülhməramlıları hazırladıqlarını ortaya qoymaq istəyirlər. Amerika ilə Ermənistan arasında keçirilən bu hərbi təlim ilk deyil. Bundan əvvəl də belə təlimlər keçirilib. Ermənistanda dislokasiya olunmuş Amerikanın xüsusi təyinatlıları ABŞ səfirliyi ərazisində yerləşir. Onların əsas məqsədlərindən biri də cəsusluqdur. Onlar Rusiya, İran, yeri gələndə Türkiyə və Azərbaycan əleyhinə cəsusluq edir. Amerika təlimatçıları, instruktorları, Ermənistan ordusunun xüsusi təyinatlılarının imkan və döyüş qabiliyyətlərini yüksək səviyyəyə qaldırmaq öhdəliyi götürüb. Onlar kimə qarşı bu ordunu möhkəmləndirir? Əlbəttə ki, ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı”. 

ABŞ Ermənistana vəsait yatırır? 

Həmsöhbətimizin fikrincə, ABŞ Yaxın və Orta Şərqin yeni siyasi xəritəsi uğrunda çalışır ki, ona əsasən Türkiyə ərazisində Kürdüstan dövlətinin yaradılması nəzərdə tutulub:

“Ermənistanın müdafiə və hücum potensialı da məhz bu istiqamətdə hazırlanır ki, yeri gələrsə, ermənilər Qərbin tərəfində vuruşsun. Qərb açıq-aşkar şəkildə Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır ki, burada onların vuran əli mövcud olsun. 

Ancaq ABŞ-ın bu kontekstdə Ermənistana vəsait yatırması nəticə verməyəcək.  

Bu proseslər Azərbaycanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər qırmızı xətti keçsə, xəbərdarlıq etmədən onları yerində otuzduracağıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO