İrəvanda Ermənistanla ABŞ-ın birgə keçirdiyi “Eagle Partner 2024” hərbi təlimləri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Təlimlərin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinn və digər rəsmi şəxslər iştirak edib.
Qeyd olunub ki, iyulun 24-nə qədər davam edəcək təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
Bizim.Media