Qərb Azərbaycan-Ermənistan münasibətlərində sülhə niyə maraqlıdır? – PƏRDƏARXASI DETALLAR

Qərb Azərbaycan-Ermənistan münasibətlərində sülhə niyə maraqlıdır? – PƏRDƏARXASI DETALLAR

Hazırda oxunan: Qərb Azərbaycan-Ermənistan münasibətlərində sülhə niyə maraqlıdır? – PƏRDƏARXASI DETALLAR

201595

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib. 

Tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar.

Maraqlıdır, Qərbin aktivliyinin arxasında nə dayanır? Sülh sazişinin bağlanmasına az qaldı, yoxsa Qərb sülhpərvər roluna girməklə maraqlarını işə salır?
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan MDB-yə də "yox" deyir - Rusiyanın reaksiyası necə olacaq?


Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Qərbin aktivliyinin arxasında hazırda Gürcüstan-Qərb münasibətlərindəki ciddi problem dayanır:

“Bundan əlavə, Qərbin maraqlarından biri də Gürcüstanın Ermənistanla əvəz olunmasıdır. Çünki xarici agentlərin statusu ilə bağlı qanun qəbul edildikdən sonra Gürcüstan-Qərb istiqamətində ciddi böhran meydana çıxdı və bu, indiki məqamda Qərbin Qafqaza yönəlik siyasətinə adekvat cavab vermir. Ona görə də son zamanlar Azərbaycan-Ermənistan sülh müqaviləsinə fokuslandılar. Bu diqqətin artırılmasına əsas səbəb isə Ermənistanın dünyaya inteqrasiya edilməsi və bunun üzərində ciddi şəkildə anti-Rusiya cəbhəsini yaratmağa zəmin hazırlamasıdır”. 

Ə.Əlibəylinin fikrincə, Qərb bu müqavilə məsələsində çalışacaq ki, söz sahibi olsun və uğurunu öz fəaliyyətinə tətbiq eləsin:

“Bundan əlavə, məncə, Qərbin daşımaq istədiyi müəyyən öhdəliklər var ki, dövlətlərin üzərinə qoymaq istəyir. Məsələn, təhlükəsizliklə bağlı məsələdə gələcəkdə istisna hal kimi Qərbin hansısa formada iştirakının təmin olunmasını qeyd edə bilərik”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO