İrandan yeni TƏKLİF - Milli ödəniş sistemlərinin birləşdirilməsi Şərqi Qərblə ÜZ-ÜZƏ qoyacaq?

İrandan yeni TƏKLİF - Milli ödəniş sistemlərinin birləşdirilməsi Şərqi Qərblə ÜZ-ÜZƏ qoyacaq?

Hazırda oxunan: İrandan yeni TƏKLİF - Milli ödəniş sistemlərinin birləşdirilməsi Şərqi Qərblə ÜZ-ÜZƏ qoyacaq?

201220

Dünyada yeni ödəniş sistemi yaradıla bilər. Bu təkliflə İran höküməti çıxış edib. Belə ki, İran milli ödəniş sistemlərinin birləşdirilməsi mexanizminin bütün BRICS ölkələrinə yayılmasını təklif edib. Bu barədə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həm də iki ölkənin Mərkəzi bankları vasitəsilə Rusiya və İranın milli ödəniş sistemlərinin birləşdirilməsi prosesinin başa çatmasından danışıb. Kənani qeyd edib ki, bunun tərkib hissəsi olaraq ticarət hesablaşmalarının milli valyutalara köçürülməsi üçün lazımi şərait yaradılıb. 

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi ümidvar olduğunu bildirib ki, İran və Rusiya Federasiyası arasında ticarəti asanlaşdırmaq üçün mövcud alətlər BRICS ölkələrinə də şamil olunacaq. O əlavə edib ki, bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu hələlik mümkün olmayan bir məsələdir:
 

MÖVZU İLƏ BAĞLI:

İranda ilk dəfə azərbaycanlı prezident SEÇİLDİ – Bu regionda nəyi DƏYİŞƏCƏK? 


“İrana qədər bu təkliflə Rusiya da, Çin də çıxış edib. Amma bu heç də asan məsələ deyil. Milli ödəniş sistemlərinin birləşdirilməsi alqoritm və proqramların bir mərkəzdən idarə olunmasını tələb edir.

O mərkəz hansı ölkədə olacaq? Kimlər idarə edəcək o mərkəzi? Ölkələr bir mərkəzdən necə koordinasiya olunacaq? Bu Swift sisteminə parallel və rəqib bir sistem olmalıdır. Məsələn, Swift sisteminin iki mərkəzi var - biri Avropada, digəri ABŞ-da... Bəs, burda bu vəzifə kimə həvalə olunacaq?  Yaxud o biri ölkələr buna tam güvənəcəklərmi?! Bu suallar hələki  açıqdır. Bu sualların cavabı hələki yoxdur. Bu suallara cavab tapılmayana qədər bu ideya gerçəkləşə bilməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO