Şahramanyanın maşınının müsadirə edilmə səbəbi AÇIQLANDI

Şahramanyanın maşınının müsadirə edilmə səbəbi AÇIQLANDI

Hazırda oxunan: Şahramanyanın maşınının müsadirə edilmə səbəbi AÇIQLANDI

200023

Ermənistanın İstintaq Komitəsi iyunda Qarabağ separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilinin müsadirə edilməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, komitə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib ki, Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan iş çərçivəsində müsadirə edilib. 

Qeyd olunub ki, burada söhbət “Toyota Camry” markalı avtomobildən gedir. 

Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO