“Azərbaycan və Ermənistan arasında sülh sazişlərinin əldə edilməsi üçün müstəsna fürsət var. Bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq”
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı bildirib.
Blinken qeyd edib ki, normallaşma regionda iqtisadi əlaqələr, iqtisadi artım, şərq və qərb, cənub və şimal ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq:
“Biz bunu diplomatiya yolu ilə fəal şəkildə həyata keçirdik, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışdıq. Və hesab edirəm ki, bu, həqiqətən də indi əldə edilə bilər”.
Bizim.Media
- A-
- A
- A+
Region
21:51 / 01.07.2024
ABŞ dövlət katibi: “Bakı və İrəvan arasında sülh sazişlərinin əldə edilməsi üçün müstəsna fürsət var”
Hazırda oxunan: ABŞ dövlət katibi: “Bakı və İrəvan arasında sülh sazişlərinin əldə edilməsi üçün müstəsna fürsət var”
Hazırda oxunan: ABŞ dövlət katibi: “Bakı və İrəvan arasında sülh sazişlərinin əldə edilməsi üçün müstəsna fürsət var”
199979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.