Ermənistan Göyçə gölünün ekologiyasını MƏHV EDİR 

Ermənistan Göyçə gölünün ekologiyasını MƏHV EDİR 

Hazırda oxunan: Ermənistan Göyçə gölünün ekologiyasını MƏHV EDİR 

199922

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının üzvü Taqi Tovmasyan Göyçə gölünün sahillərinin çirkləndirilməsini tənqid edib. O, ölkənin Ətraf Mühit Nazirliyini fəaliyyətsizlikdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Armenia Today”nəşri məlumat yayıb.

“Ətraf mühit naziri Akop Simidyan bu görüntüləri çox diqqətlə izləməli və bu vəziyyətdən utanmalıdır. Bizim dörd gölümüz var və onlardan birinin bu hala düşməsi qəbuledilməzdir ”, - deyə Tovmasyan bildirib.

Xatırladaq ki, Göyçə gölü — Cənubi Qafqazda XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı ən iri şirin sulu göldür. Göl ümumilikdə 1400 km2 ərazini əhatə edir.
Ermənilər uzun illərdir ki, Azərbaycanın milli sərvəti olan Göyçə gölünü qəddarcasına istismar ediblər.

Bu gölün ekoloji cəhətdən suyunun quruması və eyni zamanda tərkibinin zənginliyinin pozulması, orada yaşayan canlıların azalması artıq fəlakətin yaxında olduğunu göstərir. Onlar Göyçə gölündən kənd təsərrüfatında kor-koranə şəkildə istifadə edirlər. İctimai iaşə və digər obyektlərin tullantılarının gölə axıdılması onun suyun tərkibinin dəyişməsinə, canlıların məhv olmasına və eləcə də orada bataqlığın yaranmasına gətirib çıxarır.

Bu vəziyyət Göyçə gölündə yaşayan alabalıq, xərçəng və farel kimi canlıların da sayının sürətlə azalmasına səbəb olub.

Əgər Ermənistanın Göyçə gölündə törətdiyi ekoloji terrorun qarşısı alınmasa, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər.

Məlumat üçün bildirək ki, Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahaldır. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olub.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.

1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Göyçə mahalının, o cümlədən Zəngəzur, Şərur mahalı, Dərələyəz mahalının və Dilican rayonun ərazisini qanunsuz şəkildə Ermənistana verib.

Eyni zamanda SSRİ dönəmində Göyçə mahalının əhalisi bir neçə dəfə kütləvi deportasiyaya məruz qalıblar. 1988-ci ildə isə Göyçə mahalının bütün azərbaycanlı əhalisi öz yurdlarından didərgin salınıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 22-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmalı olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO