İranda KRİTİK GÜN – Qonşu ölkənin yeni prezidenti KİM OLACAQ?

İranda KRİTİK GÜN – Qonşu ölkənin yeni prezidenti KİM OLACAQ?

Hazırda oxunan: İranda KRİTİK GÜN – Qonşu ölkənin yeni prezidenti KİM OLACAQ?

199289

Bu gün İranda növbədənkənar Prezident seçkiləridir. Seçkiyə 6 namizəd buraxılıb. Bunlar İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, azərbaycanlı deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimidir.

Lakin Tehran meri Əlirza Zəkanı seçkilərə bir gün qalmış namizədliyini geri götürüb.

Bu namizədlərdən görəsən kimin qalib gəlmək şansı daha çoxdur? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, seçkinin nəticəsini Xameneyinin adamları sayacaqsa, farslardan biri seçiləcək. Proses demokratik keçiriləcəyi təqdirdə isə Məsud Pezeşkian qalib gələcək: 

“İranda keçiriləcək seçkilər qeyri-müəyyəndir. Seçkinin nəticəsini dəqiq söyləmək çətindir. Çünki İranda bu məsələdə nəticəni kim sayır məsələsi əsasdır. Əslində azəri kökənli Məsud Pezeşkiannın qalib gəlmək şansı daha çoxdur. Molla rejimi daha çox insanı seçkiyə cəlb etmək, dünyaya seçkinin demokratik keçirildiyi görüntüsünü yaratmaq üçün azərbaycanlı namizədi də prosesə buraxıb. Bu mənada Pezeşkianın qalib gəlməsinə əngəl olmaq üçün rejim çalışacaq ki, seçkini saxtalaşdırsın. 

Lakin buna getsələr, İran növbəti vətəndaş müharibəsinə gedəcək və bu həmin ölkənin sonu olacaq. Pezeşkian alimdir, parlamentdə də öz sözünü deyir. Yəni kifayət qədər tanınmış şəxsiyyətdir. Xameneyiyə isə bu cür füqurlar sərf etmir. O çalışacaq ki, fars namizədlərdən biri seçilsin”. 

Bütün hallarda həmsöhbətimiz qeyd edir ki, seçkidən sonra İranı böyük problemlər gözləyir: 

“Rusiya da İranı cəzalandırmaq istəyir. İran mətbuatının yazdığına görə, hansısa ərəb ölkəsi vasitəsilə Tehran İsrail və ABŞ-la münasibət qurub”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO