Paşinyan Moskva qarşısında hansı öhdəlikləri götürüb? – Kazan görüşünün PƏRDƏARXASI

Paşinyan Moskva qarşısında hansı öhdəlikləri götürüb? – Kazan görüşünün PƏRDƏARXASI

Hazırda oxunan: Paşinyan Moskva qarşısında hansı öhdəlikləri götürüb? – Kazan görüşünün PƏRDƏARXASI

19924

Avrasiya İqtisadi Birliyinin Kazanda keçirilən toplantısından sonra Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı siyasətində mühüm dəyişliklərin baş verəcəyi ehtimal olunur. Paşinyanın Zəngəzur koridoru haqqında verdiyi absurd bəyanatların ardından Rusiya tərəfinin bu danışıqlarda Paşinyanı yerinə oturtduğu deyilir. Bir çox ekspertlər iddia edir ki, Paşinyan Naxçıvan dəhlizinin açılmasına razılığı məhz Kazanda verib.

Onu başa salmaq üçün bir neçə qeyri-siyasi tryükdən istifadə edildiyi də vurğulanır.

Onlardan biri, Rusiyanın “mənim icazəm olmadan torpağında bir quş belə uça bilməz” təbirinə uyğun olaraq, Paşinyanın Kazandan İrəvana geri dönüşü zamanı yaranan təyyarə problemi idi.

Öz təyyarəsi ilə Kazana gəlib Rusiyanınkında İrəvana dönən Paşinyan dəqiq anladı ki, “uzaq qohumdan yaxın qonşu” yaxşıdır. Hər nə qədər Qərbin adamı olsa da Nikol Rusiyanın tələblərinə boyun əymək zorundadır. Çünki onun arxasında Moskvanın əli olmasaydı 44 günlük müharibədəki məğlubiyyətdən sonra Paşinyan sözün hər iki mənasında MEYİT idi. Həm siyasi, həm də cismani. 

Paşinyanın dəhliz haqqında fikirlərinin dəyişməsinə inamın bu qədər güclü olmasının digər bir səbəbi isə onun Rusiya ilə bağlı çıxışlarındakı dəyişikliklərdir.

İkinci Qarabağ müharibəsindən sonra Paşinyan və Rusiya rəsmiləri arasında keçirilən görüşlərə nəzər salsaq, Paşinyanın getdikcə daha aşağı tonda danışıdığını görə bilərik. İlk görüşmələrdə “xəbərdarlıq” dili ilə danışan Nikol, artıq sonrakı görüşlərdədə yumşaq tonlu “hesabat” xarakterli çıxışları ilə yadda qaldı. 

Qeyd edək ki, Paşinyanın Zəngəzur dəhlizinin açılmasını istəməməsinin əsas səbəbi bu dəhlizin Qərbin maraqlarına cavab verməməsindən qaynaqlanırdı.

Çünki bu dəhlizin açılması və nəqliyyat əlaqələrinin bərpası Rusiya üçün vacib əhəmiyyətə malikdir. Planlaşdırılan nəqliyyat  layihələri sayəsində Rusiyanın həm müttəfiqi Ermənistanla, həm də Türkiyə və İranla yükdaşımaları xeyli asanlaşmış olacaq. Rusiya iqtisadiyyatı üçün böyük fayda gətirəcək belə bir layihənin həyata keçməsi Paşinyanın arxasında duran qüvvələr üçün sərfəli deyil.

Dəhlizin açılması sadəcə bölgədəki ölkələr üçün faydalı olmayacaq. Zəngəzur dəhlizi İpək Yolunun mühüm bir parçası olmaqla Pekinlə Londonu birləşdirən mühüm körpü rolunu oynayacaq.

Brexitdən sonra Çinlə əlaqələri daha da gücləndirən London üçün bu dəhliz Avropa Birliyi üzərində qazanılmış mühüm üstünlük hesab edilə bilər.

Xatırladaq ki, AİB-in 29-30 aprel tarixlərində Rusiyanın Kazan şəhərində toplantısı keçirilib. Toplantıda müzakirə olunan vacib məsələlərdən biri də Meğri (Zəngəzur) dəhlizi olub. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO