Qazaxla sərhəddə ermənilər yeni yol çəkir

Qazaxla sərhəddə ermənilər yeni yol çəkir

Hazırda oxunan: Qazaxla sərhəddə ermənilər yeni yol çəkir

198759

Ermənistanın Tovuzqala (Tavuş) vilayətində, Qazax rayonu ilə sərhəddə Kirants (Güney) - Açarkut yolunda partlayış işləri aparılacaq.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO